İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 20-yə, yaralananların sayı 786 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Yeraltı təkanlar baş verəndən indiyədək 244 afterşok qeydə alınıb. Onlardan ən böyüyü 5,1 bal gücündə olub. Axtarış-xilasetmə işləri aparılan 17 binadan dördündə bu işlər başa çatıb.
Xatırladaq ki, dünən yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.