Türkiyədə yenə zəlzələ oldu

A- A A+

Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.

Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: