İzmirdə dağıntılar altından daha üç nəfər çıxarılıb

A- A A+

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 25-ə, yaralananların sayı 804 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Dağıntılar altından zəlzələdən 17 saat sonra daha üç nəfər çıxarılıb. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: