İzmirdə zəlzələ: Həlak olanların sayı 28 nəfərə çatıb

A- A A+

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son məlumata görə, xəstəxanaya yerləşdirilmiş 243 yaralının müalicəsi davam etdirilir. Dağılmış 9 çoxmənzilli binada axtarış-xilasetmə işləri yekunlaşıb. Daha 8 binada xilasetmə əməliyyatları davam edir. Zaman-zaman dağıntılar altından insanların sağ olaraq çıxarıldığı barədə xəbərlər gəlir.

Anadolu agentliyinin yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: