İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib

A- A A+

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Son məlumatlara əsasən, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 543 afterşok qeydə alınıb. Onlardan 37-si 4 baldan yüksək olub.

Hadisə yerini Türkiyənin vitse-prezidenti Fuat Oktay da ziyarət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: