İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb

A- A A+

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Son məlumatlara əsasən, xəstəxanalarda müalicə alan 896 vətəndaşdan 667-i evə buraxılıb, 229 nəfərin müalicəsi davam edir.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: