Berlin sakinləri Bərdənin Ermənistan tərəfindən atəşə tutulması zamanı həlak olanların xatirəsini ehtiramla yad edirlər - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin binası qarşısında informasiya stendi təşkil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin stenddə bu yaxınlarda Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin ballistik raketlərlə atəşə tutulması yolu ilə törədilmiş faciəni əks etdirən fotoşəkillər nümayiş etdirilir. Stendin açılışı anından buraya gələn Almaniya paytaxtının sakinlərinin ardı-arası kəsilmir. Onlar stenddə nümayiş etdirilən fotoşəkillərin önünə güllər düzür, şamlar yandırır, qətlə yetirilmiş günahsız uşaqlara görə kədərləndiklərini bildirən uşaq oyuncaqları gətirirlər.

Həlak olanların xatirəsini ehtiramla yad etməyə gələnlər arasında almanlarla bərabər, Berlində yaşayan müxtəlif milli diasporların nümayəndələri də var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: