İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 69-a çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeraltı təkanlar zamanı 949 nəfər yaralanıb, onlardan 220 nəfərin müalicəsi davam edir.
Hadisə zamanı zədələnən və ya çökən binalardan 8-də axtarış-xilasetmə işləri davam edir. İndiyədək bölgədə ciddi zədələnən 28 bina aşkarlanıb. Bu tikililərin sökülməsinə qərar verilib.
Oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə 975 afterşok qeydə alınıb, onlardan 43-dən çoxu dörd baldan yuxarıdır.