İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirən vətəndaşlarımızın sayı 83-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.
962 nəfərin yaralı olaraq xilas edildiyini qeyd edən nazir hadisə baş verən andan indiyədək bölgədə 4 min 424 yaşayış binasında, 33 min 434 ofis, mağaza və sairə yerlərdə araşdırmaların aparıldığını bildirib. Qeyd edilib ki, bölgədə təcili söküləcək binaların sayı 58-ə çatıb.