İzmirdə həlak olanların sayı 91 nəfərə çatıb

A- A A+

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 91 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumatda qeyd edilib ki, yeraltı təkanlar zamanı yaralananlardan 155 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, oktyabrın 30-da baş verən 6,6 bal gücündə zəlzələdən sonra bölgədə şiddəti 1-5,1 bal arasında olan 1230 afterşok qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: