Türkiyənin Antalya vilayətinin Alanya rayonunda baş verən gəmi qəzası zamanı gəmidə olan 38 nəfərdən 37-i xilas edilib. Bir nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə zamanı gəmidə olanlardan 33-ü sərnişin, 5-i isə heyət üzvüdür.
Sərnişinlərin Rusiya vətəndaşları olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.