Ermənistan Ədliyyə Nazirliyinin “Təcrübə mərkəzi” dövlət təşkilatının Yerevandakı binasının fasadının uçması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
NUHÇIXAN “Sputnik”ə istinadən xəbər verir ki, onların hər ikisi mərkəzin əməkdaşıdır.
Bildirilib ki, yaralı baş-beyin travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.