Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İzmirdə baş verən son dağıdıcı zəlzələnin ağır nəticələri və fəsadlarının aradan qaldırılması üçün görülən kompleks tədbirlər barədə geniş məlumat verilib.
Yüz on nəfərin dağıntılar altından cansız çıxarıldığını, 833-ü xəstəxanadan buraxılmaqla 1027 nəfərin yaralandığını diqqətə çatdıran dövlət başçısı bildirib ki, təbii fəlakət nəticəsində evsiz qalan vətəndaşlar üçün konteyner şəhər salınacaq. Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin zəlzələ nəticəsində evsiz qalan vətəndaşlar üçün binaların tikintisi, digər sosial-iqtisadi məsələlər, eləcə də koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə dair hökumətin qərarları barədə ictimaiyyəti məlumatlandırıb.