ABŞ və Rusiya prezidentləri arasında görüş başlayıb

A- A A+

Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

NUHÇIXAN  xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 3 saat sürəcəyi ehtimal edilir.

Yerli vaxtla səhər saatlarında Donald Tramp Finlandiya prezidenti Sauli Niinistyo ilə görüşüb. Rusiya prezidenti isə Sauli Niinstyo ilə D.Trampla danışıqlardan sonra bir araya gələcək.

ABŞ və Rusiya liderləri görüşün yekununa dair birgə mətbuat konfransı keçirəcək. Prezidentlər ən çoxu 4 sualı cavablandıracaq.

Onların, əsasən, Suriya və Ukrayna ilə bağlı məsələləri müzakirə edəcəkləri nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: