İzmirdə baş verən zəlzələ nəticəsində ciddi zədələnən və sökülməli olan binaların sayı 231-i keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.
Nazir oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra bölgədə 34 min 72 binanın və bu binalara bitişik 210 min tikilinin araşdırıldığını deyib. Qeyd edilib ki, bu tikililərdən 1834-ü az, 251-i isə orta zədəlidir.
Ərazidə indiyə qədər 12 binanın sökülməsi işləri tamamlanıb.