“Bayraktar”lar yeni dizaynda istehsal olunacaq - FOTOLAR

A- A A+

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları yeni dizaynda istehsal olunacaq.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, son dövrlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlarda qazandığı uğurlarla diqqət cəlb edən “Bayraktar”ın ön hissəsi köpək balığının ağzı formasında dizayn ediləcək. Yeni dizaynın müəllifi Ömər Erkmendir.

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır. Bu aparatlar 2014-cü ildən Türkiyə ordusunda istifadə olunmağa başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: