Gürcüstanda bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Hazırda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında bildirilir.
Məlumatda deyilir ki, bir sıra şəxslər parlament seçkilərində arzu olunmayan nəticələr əldə ediləcəyi halda hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Onlar bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.
DTX bununla bağlı araşdırma aparır. Oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işləri davam etdirilir.