Associated Press (AP) agentliyi Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-da prezident seçkilərinin qalibi olduğunu elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AP-nin hesablamalarına əsasən, Bayden prezident olmaq üçün lazım olan 270 seçici səsini toplayıb.
Son qiymətləndirmələrə görə, hazırda Baydenin 273, Trampın isə 213 seçici səsi var.