Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, telefon danışığında Türkiyə-Rusiya əlaqələri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları başda olmaqla, bölgədəki vəziyyət müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan telefon söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini diqqətə çatdırıb.