Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib

A- A A+

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hərbi xidmətdən azad olmaq və ya möhlət almaq üçün tətbiq edilən korrupsiya sxemini ifşa edib.

NUHÇIXAN Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı ölkə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi yayıb.

Bildirilib ki, çağırışçılar korrupsiya yolu ilə saxta tibbi sənəd əsasında hərbi xidmətdən yayınıb və möhlət alıblar.

Bu və başqa saxtakarlıqda sxemin əsas fiquru həkim Aramais Sanoyan olub.

Ermənistan Müdafiə Nazirliyinin respublika çağırış məntəqəsinin keçmiş hərbçisi Kolya Kosakyan əməkdaşlar və həkimlər arasındakı əlaqələrindən istifadə edərək, saxta tibbi sənəd üçün 14 min dollar məbləğində rüşvət alıb. Bu cinayətdə Qeqarkunik vilayətinin hərbi komissarı Qarik Arakelyan və Aramais Sanosyan əlbir işləməkdə şübhəli bilinir. Hadisə ilə bağlı onların hər üçünə qarşı ittiham irəli sürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: