Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını və mövcud hərbi vəziyyətdə ölkəni idarə edəcək hərbi-siyasi qurumun yaradılmasını tələb edib.
NUHÇIXAN İnformasiya Agentliyinin "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə siyasi qüvvələrin birgə bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Geri dönüşü olmayan itkilərin qarşısını almaq üçün baş nazir N.Paşinyanın və onun kabinetinin könüllü istefası, habelə hazırkı vəziyyətdə irəliləyiş, hərbi-siyasi problemləri həll edə biləcək yeni bir icra orqanının təcili olaraq yaradılması lazımdır".