Türkiyə xalqı Mustafa Kamal Atatürkün xatirəsini yad edir

A- A A+

Bu gün Türkiyə Respublikasının qurucusu, qazi Mustafa Kamal Atatürkün vəfatının 82-ci ildönümüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələri, siyasi partiya rəhbərləri Türkiyə xalqının böyük oğlunun məzarını-Anıtqəbri ziyarət ediblər.

Türkiyə vaxtı ilə saat 09.05-də - Mustafa Kamal Atatürkün vəfat etdiyi an dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin İstiqlal marşı səsləndirilib. Anıtqəbir önünə əklil qoyulub.

Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin “xatirə kitabı”nı yazıb.

Türkiyənin bütün bölgələrində anım mərasimləri keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: