Ermənistan paytaxtında yeni etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, İrəvan şəhərinin mərkəzi meydanında minlərlə etirazçı toplanıb.
Müxalif “Daşnaksutyun” partiyasının nümayəndəsi Armen Rüstamyan nümayiş təşkilatçılarından bir neçəsinin xüsusi istintaq xidmətinə çağırıldığını bildirib. Onun fikrincə, bu, onların aksiyada iştirakının qarşısını almaq üçün edilir. Polis əməkdaşları etirazçıların təxribatda şübhəli bildiyi hərbi geyimli bir nəfəri saxlayıb.
Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları artıq dördüncü gündür davam edir. Aksiya iştirakçıları “Nikol-satqın” şüarı səsləndirirlər. Polis həbslər aparır.