Almaniya qəzeti: Ermənistanda Nikol Paşinyana qarşı narazılıq artır

A- A A+

Almaniyanın “Die Welt” qəzetində “Minlərlə erməni Qarabağ razılaşmasına etiraz edir” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə İrəvanda və Ermənistanın digər şəhərlərində baş nazir Nikol Paşinyanla bağlı narazılığın artdığı bildirilir. Qeyd olunur ki, minlərlə erməni Qarabağda müharibənin dayandırılması ilə əlaqədar imzalanan birgə bəyanata etiraz etmək üçün küçələrə çıxıblar. Nümayişçilər “Nikol, istefa ver!” “Sən satqınsan!” şüarları səsləndiriblər.

Müxalifət partiyaları və etirazçılar N.Paşinyanın istefasını tələb ediblər. Onlarca etirazçı, o cümlədən deputatlar həbs olunub. Nikol Paşinyan rəqiblərinin qisasından qorxur.

Məqalədə, həmçinin üçtərəfli bəyanatın detalları təqdim olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: