Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinir

A- A A+

Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin qurumun sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanı hakimiyyəti ələ keçirmək və baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaq şübhəsi ilə saxlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Artur Vanetsyanın vəkili Lusine Saakyan özünün “Facebook” səhifəsində yerləşdirib.

“Bu gün Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinə çağırılıb və orada saxlanılıb. Ona qarşı hakimiyyəti ələ keçirmək və Nikol Paşinyana sui-qəsd hazırlamaq barədə uydurma ittiham irəli sürülüb”, - vəkil belə yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: