Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanı dövlət və hökumət nümayəndələri, siyasi partiya rəhbərləri müşayiət edirlər.
Prezident və onu müşayiət edən heyət uzun illər ərzində qapalı qalandan sonra istifadəyə verilən Maraş şəhərini də ziyarət edəcəklər.