Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi “Mediaport” teleqram kanalına istinadən xəbər verir ki, Ermənistan vətəndaşlarından biri ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinə yumurta atıb.

Qeyd edilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs polislərə bildirib ki, bu hərəkəti ilə baş nazir Nikol Paşinyanın satqınlığı ilə razılaşmadığını ifadə edib və onun təcili istefasını tələb edir.

Hadisə ilə bağlı açıqlama verən Ermənistan polisi Paşinyana yumurta atmış şəxsin buraxıldığını qeyd edib.

Qeyd edək ki, son günlər Ermənistanda artan kütləvi etirazlarla əlaqədar Paşinyanın şəxsi mühafizəsi gücləndirilib, cangüdənlərin sayı artırılıb. Bununla yanaşı, baş nazirin kortecinin hərəkət etdiyi küçələr bağlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: