Növbəti “iPhone” modelləri fiziki çıxışlarla təchiz edilməyəcək

377

Növbəti “Apple” smartfonu fiziki çıxışlarla təchiz edilməyəcək. Bu barədə məşhur bloger Con Prosserin “YouTube” bloqunda deyilir.

NUHÇIXAN İnformasiya Agentliyi lenta.ru saytına istinadən xəbər verir ki, blogerin sözlərinə görə, 2021-ci ildə “Apple” enerjidoldurma siminin qoşulması üçün çıxışlara malik olmayan smartfon buraxacaq. Bu halda smartfonun suyadavamlılığı artacaq və qurğuda komponentlərin sayı azalacaq. C. Prosserin fikrincə, “iPhone” yalnız “iPhone 12” seriyalı smartfonlarla birlikdə işıq üzü görən “MagSafe” simsiz enerjidoldurma qurğusu vasitəsilə enerji toplayacaq.

Qeyd olunur ki, yeni “Apple” smartfonlarında simlərdən tam imtina edilməyəcək. Belə ki, şirkət bir belə qurğu buraxacaq – onun seriyada ən qabaqcıl model olacağı ehtimal edilir. “Apple” növbəti nəsil qurğularda tam çıxışa malik olmayan smartfonların istehsalına keçəcək. Bloger “Lightning” çıxışından imtina ediləcəyini mayda proqnozlaşdırdığını da xatırladıb.

Blogerin fikrincə, simsiz “iPhone” modellərinə keçid müəyyən çətinliklərlə müşahidə ediləcək. Çünki “Qi” standartlı yeni “MagSafe” enerjidoldurma qurğusu hələ ki stabil işləmir. Lakin müəllif hesab edir ki, uzunmüddətli perspektivdə istehlakçılar bu keçiddən faydalanacaq – enerjinin toplanılması üçün orijinal kabellərin alınmasına ehtiyac qalmayacaq.

Aktual “Apple” smartfonları ilk dəfə 2012-ci il qurğularında “iPhone 5” modeli ilə birlikdə buraxılan “Lightning” çıxışı ilə təchiz edilir. Oktyabrın ortalarında təqdim edilən “iPhone 12” seriyalı qurğular “MagSafe” sürətli enerjidoldurma dəstəyi ilə təchiz olunub. Bununla yanaşı, yeni qurğuları adi kabel vasitəsilə enerji ilə doldurmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: