Türkiyədə 5 bal gücündə zəlzələ olub

A- A A+

Türkiyənin Siirt vilayətində Rixter cədvəli üzrə 5.0 bal gücündə zəlzələ olub.

NUHÇIXAN İnformasiya Agentliyi Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkan Türkiyə vaxtı ilə saat 8.45-də qeydə alınıb.

Əhalinin böyük təşvişinə səbəb olan zəlzələ Diyarbəkir, Şırnak və Şanlı Urfa bölgələrində də hiss olunub.

Vilayət rəhbərliyinin bildirdiyinə görə, Siirt şəhərində dağıntı barədə məlumat yoxdur. Zəlzələnin ətraf bölgələrə təsiri araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: