Ermənistanda ərzaq məhsulları kəskin bahalaşıb - VİDEO

A- A A+

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının qiymətləri artıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Agentliyin əməkdaşları ilə söhbətdə şəhər sakinləri bildiriblər ki, qiymətlərin artması açıq-aydın nəzərə çarpır.

"Bunları görməmək üçün kor olmaq lazımdır. Yoqurt, yağ 10-15 dram bahalaşdı, bəs nə edək, yaşamaq lazımdır. Üç gün keçdi, qiymətlər daha da artdı", - şəhər sakinlərindən biri deyib.

"Zəruri tələbat malları: un, lavaş və yağın qiyməti. Çəki azaldı, qiymət əvvəlki kimi qaldı, bu, gizli artımdır. Lavaşın bir kiloqramının qiyməti 29 dram artdı", - başqa sakin deyib.

Agentlik bildirib ki, Ermənistan şəhərlərinin sakinləri artıq qiymət artımının ailə büdcəsinə təsirini hiss edirlər.

"Əlbəttə, biz qiymət atımının ailə büdcəsinə təsirini hiss edirik, mən təqaüdçüyəm, eyni təqaüd, qiymətlər isə artdı", - təqaüdçülərdən biri gileylənib.

Qeyd edək ki, bir neçə gün əvvəl bəzi yerli ekspertlər ölkədə qiymət artımının olacağını proqnozlaşdırırdılar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: