Çinin "Çanye-5" kosmik aparatı Yerə qayıtmağa hazırlaşır

A- A A+

Çinin Aydan süxur nümunələri gətirmək üçün orbitə çıxardığı “Çanye-5”in (Chang'e-5) kosmik aparatının qayıtma modulu Yerə dönməyə hazırlaşır.

NUHÇIXAN İnformasiya Agentliyi Çin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, kosmik aparatın enmə-qalxma modulu Ay səthindən təxminən 2 kiloqram süxur nümunələri götürdükdən sonra qalxma modulu Aydan aralanaraq orbitə qalxıb. Qalxma prosesi cəmi 6 dəqiqə çəkib. Modul Yən orbitində gözləyən "Çanye-5" kosmik aparatı ilə birləşərək, topladığı süxur nümunələri ona ötürəcək. Yer və Ay arasında geometrik uyğunluq olanda kosmik aparatın geri qayıdan modulunun dekabrın 16-17-də Çinin şimalındakı Daxili Monqolustan muxtar rayonunda Yerə enməsi planlaşdırılır.

Qeyd edək ki, Çinin Aydan nümunələr gətirmək üçün başladığı ilk missiya noyabrın 24-də başlayıb. Çinin kosmos tarixində vacib məqamlardan olan bu hadisə, həm də dünyada son 40 ildə Aydan nümunələr gətirmək üçün göndərilən ilk missiyadır. “Çanye-5” kosmik aparatının ağırlığı 8,2 tondur və orbitdə qalmağı, Ayın səthinə enib-qalxmağı, uçuşu və Yerə qayıtmağı təmin edəcək dörd moduldan ibarətdir. Ayın orbitinə daxil olduqdan sonra enmə-qalxma modulu “Çanye-5”dən ayrılaraq Yerin təbii peykinin görünən tərəfinin qərb hissəsində olan qasırğalar okeanındakı Ryumker piki rayonunda Ay səthinə uğurlu eniş edib. "Çanye-5" isə Ayın orbitində dövrə vurmağa davam edib. Enmə-qalxma modulu robot vasitəsilə Ayın səthini qazaraq geoloji süxur nümunələri yığıb. Modulun endiyi yerin geoloji yaşı ABŞ-ın və keçmiş SSRİ-nin 40 il əvvəl nümunələr götürdüyü yerdən daha gəncdir.

Aydan gətiriləcək süxur nümunələri Yerin təbii peykinin yaşının öyrənilməsi və Günəş sisteminin tədqiqatına kömək edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: