Rəcəb Tayyib Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik

A- A A+

Dünyada mühərrik teknologiyaları sahəsində söz sahibi olan ölkələrin sayı bir əlin barmaq sayı qədərdir. Geniş bir ekosistemin birgə işləməsi lazımdır. TEİ mühərrik dizayn və istehsal edən, eləcə də dünyaya satan bir markaya çevrilir. Tezliklə bütün bu mühərrikləri inventarlaşdırmağa başlayacağıq. Müdafiə sənayesi vasitələrimizin digər bütün mühərriklərini hazırlayana qədər irəliləməyə davam edəcəyik. Türkiyəni aviasiya sahəsi başda olmaqla hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin "İlk Milli Helikopter Mühərriki TEİ-TS1400"ün dizayn və təhvil-təslim mərasimində çıxışı zamanı bildirib.

Türkiyənin Sakarya vilayətində yerləşən Tank Palet Fabriki ətrafında gedən müzakirələrə toxunan Rəcəb Tayyib Ərdoğan bu zavodun avadanlıq və binası da daxil olmaqla 250 milyon ABŞ dollara başa gələn bir müəssisə olduğunu deyib: “Ölkə üzrə yürütdüyümüz iqtisadi siyasətin hər sahəsində olduğu kimi, sənayedə də orta və uzunmüddətli hədəflərə diqqət yetiririk. Tank Palet Fabrikinə 20 milyard dollar dəyər biçən hər kəs ömrü boyu nə bir zavod görməyib, nə də 20 milyard dolların nə demək olduğunu bilmir. Tank Palet Fabriki ilə bağlı həyata keçirilən əməliyyatın adı satış deyil. Bu özəlləşdirmə də deyil. Görülən işin adı iş dövrüdür. Fabrikin mülkiyyəti Müdafiə Nazirliyimizdə qalmaqla 25 il müddətinə bir türk şirkəti olan “BMC”yə idarə edilməsi şərti ilə təhvil verilib. Bu müəssisənin qətərli sərmayəçilərə satılması qətiyyən doğru mövcud deyil”.

Mərasimdə Türkiyənin ilk milli helikopter mühərriki sınaqdan keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: