Peyklərin buraxılışı üçün dron nümayiş olunub

A- A A+

ABŞ-ın "Aevum" şirkəti kiçik peyklərin aşağı yerətrafı orbitə buraxılışı üçün nəzərdə tutulan pilotsuz uçan aparat nümayiş etdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, "Ravn X" adlı dronun uzunluğu 24,4 metr, qanadlarının uzunluğu 18,3 metrdir. Maksimal uçuş kütləsi 24,9 tona bərabər olan aparatda yanacaq qismində "Jet A" aviasiya kerosinindən istifadə edilir.

"Ravn X" aparatının ilk uçuşunun ilin sonunadək baş tutacağı gözlənilir. Daha sonra ABŞ Müdafiə Nazirliyinin maraqları üçün orbitə faydalı yük çıxaran aparatın buraxılışı planlaşdırılır.

Mütəxəssislərə görə, "Ravn X" missiyalar zamanı peykdaşıyan ikipilləli raketlərin buraxılışı üçün 9-18 kilometr yüksəkliyə qalxacaq.

Layihə barədə ətraflı məlumat verilməsə də, "Aevum" şirkəti dronun hər 3 saatdan bir buraxılacağına ümid edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: