Türkiyənin “Baykar” müdafiə sənayesi istehsalat birliyi fəaliyyətini sürətlə genişləndirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şirkət bununla bağlı sosial şəbəkədəki hesabı vasitəsilə növbəti paylaşım edib. Paylaşımda bildirilib ki, bir il əvvəl səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatı artıq 61-ci testi də müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin büdcə müzakirələrində də “Baykar” müdafiə sənayesi istehsalat birliyinin fəaliyyətinə dəstək verilməsi gündəmdədir. Deputatlar “Akıncı” hücum pilotsuz uçuş aparatının (TİHA) qazandığı uğurları yüksək dəyərləndiriblər.