David Şahnazaryan: Ermənistanın gələcəyi çox qaranlıq görünür

A- A A+

Nikol Paşinyan könüllü olaraq istefa verməli və yeni hökumət formalaşmalıdır. Əks təqdirdə Ermənistanın gələcəyi çox qaranlıq görünür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, səfir David Şahnazaryan deyib.

O bildirib ki, hər şeydən əvvəl Ermənistanın təhlükəsizliyi təmin olunmalıdır. Hazırda ölkədə bütün sahələrdə böhran baş verir. Ordu dağıdılıb, sosial-iqtisadi və siyasi böhranlar getdikcə dərinləşir. Bunlarla yanaşı, cəmiyyətdə psixoloji problem də meydana gəlib. İnsanların sabahkı günə inamı yoxdur.

Ermənistan dövlətçiliyi böyük təhlükə altındadır. Ona görə də yeni hökumət formalaşdırmaq və buraxılan yanlışlıqları düzəltmək lazımdır.

D.Şahnazaryan baş nazir N.Paşinyanı satqın, bacarıqsız və qorxaq adlandırıb. O diqqətə çatdırıb ki, N.Paşinyan istefa verməsə, Ermənistanda qarşıdurma daha da artacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: