“Ermənistanda koronavirusla əlaqədar iqtisadi böhran hələ bu ilin yazında yaranıb”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Arkadi Xaçatryan parlamentdə bildirib.
Onun sözlərinə görə, insanların və iqtisadi subyektlərin gəlirləri azalıb, sosial fəlakət yaranıb.
“4500 müqaviləli hərbi qulluqçuya 350.000 dram maaş ödəsək, bu büdcə ilə bonus paylanması planlaşdırıldığı qədər məbləğ alınacaq”, - deyə Arkadi Xaçatryan bildirib.