Bu gün Ali Avrasiya İqtisadi Birliyinin onlayn iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda Avrasiya İqtisadi Birliyinin (AİB) üzv və müşahidəçi dövlətləri iştirak ediblər.
Tədbirdə Özbəkistanın AİB-ə müşahidəçi kimi qəbul olunması məsələsinə baxılıb və qəbul edilib.
İclasda iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz çıxışında deyib: “Biz AİB-də çoxplanlı əməkdaşlığın inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin potensialından istifadə etmək, ticarət münasibətlərindəki əngəlləri aradan götürmək, yeni bazarlar formalaşdırmaq vacib məsələlərdir”.
Dövlət başçısı bildirib ki, AİB-ə üzvü olan ölkələr Özbəkistanın əsas ticarət tərəfdaşlarıdır. Son illərdə Özbəkistanın AİB ölkələri ilə əmtəə mübadiləsinin həcmi iki dəfə artıb. Dövlət başçısı deyib ki, AİB-də müşahidəçi statusu almaq bu dövlətlər ilə daha keyfiyyətli dialoq qurmağa və AİB çərçivəsində baş verən proseslərdə yaxından iştirak etməyə imkan yaradacaq.
Xatırladırıq ki, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan AİB-in üzvləridir. Bu gün Özbəkistanla birgə Kuba da müşahidəçi statusu alıb. Moldova da bu qurumda müşahidəçi statusundadır.