“Time” jurnalı Cozef Baydeni və Kamala Harrisi “2020-ci ilin adamı” seçib

A- A A+

“Time” jurnalının versiyasına görə, ABŞ Prezidenti postuna seçkilərin qalibi Cozef Bayden və vitse-prezident olacaq Kamala Harris “2020-ci ilin adamı” seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu il həmin titula cəmi dörd namizəd – Cozef Bayden, ABŞ Prezidenti Donald Tramp, koronavirusa qarşı mübarizə aparan tibbi işçiləri ilə birgə Birləşmiş Ştatların Baş virusoloqu Entoni Fauçi və Afrika əsilli amerikalı Corc Floydun qətlindən sonra yaradılan “İrqi ədalət uğrunda hərəkat” irəli sürülüb.

“İlin adamı” titulunun seçilməsi nadir hallarda asan keçir, bu il isə o, əvvəlkilərdən daha çətin olub. Əminliklə demək olar ki, tarixçilər 2020-ci ilə bir çox cəbhədə əsas dönüş nöqtəsi kimi baxacaq. Cozef Bayden və Kamala Harris bu ilin əsas hadisələrini əks etdirən iki personadır və onların taleyi millətin dünyadakı rolunu, həmçinin Amerika eksperimentinin gələcəyini müəyyən edəcək”, – deyə jurnalın baş redaktoru Edvard Felsental bildirir.

Qeyd edək ki, ötən il “İlin adamı” tituluna eko-fəal Qreta Tunberq layiq görülmüşdü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: