NUHÇIXAN xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Durmazlar” şirkətində istehsal olunan tramvaylar Polşaya ixrac ediləcək.
"Panorama" markalı bu tramvaylar hazırda Türkiyənin Kocaeli və Samsun şəhərlərində sərnişinlərə xidmət göstərir. Polşa tərəfi idxal üçün müqavilə imzaladığı müasir standartlara cavab verən "Panorama"ları 2020-ci ildə Olsztyn şəhərində xəttə buraxmağı nəzərdə tutur. Bu tramvaylara digər Avropa ölkələrinin də müştəri olacağı proqnozlaşdırılır.