Türkiyə və Rusiya arasında imzalanan anlaşma çərçivəsində atəşkəsi müşahidə etmək və qorumaq üçün təsis ediləcək Ortaq Müşahidə Mərkəzinin ən qısa vaxta fəaliyyətə başlaması üçün müzakirələrimiz Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə koordinasiyalı şəkildə davam etməkdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik açıqlamasında yer alıb.
Açılmada vurğulanır ki, Ermənistanın işğalından xilas edilən bölgələrdə qardaş Azərbaycan Ordusuna dəstək vermək məqsədilə Türkiyənin ÖMAT hərbi birliyi (Özel Mayın Arama Temizleme) ərazilərin partlayıcılardan təmizlənməsində iştirak etməkdədir.
Qeyd edilir ki, Türkiyə “Bir millət, iki dövlət!” anlayışı ilə bu günə qədər olduğu kimi, bundan sonra da can qardaşlarının yanında olmağa davam edəcək.