Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-i Moskva vaxtı ilə saat 12-də ənənəvi illik böyük mətbuat konfransı keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu il koronavirus pandemiyası ilə əlaqədar mətbuat konfransı videokonfrans formatında təşkil olunacaq.
Vladimir Putin bir neçə mətbuat mərkəzində yerləşdirilən jurnalistlərin suallarına Moskva vilayətindəki Novo-Oqaryovo iqamətgahından cavab verəcək.
Mətbuat konfransını “Rossiya-1”, “Rossiya-24”, “Perviy kanal”, “NTV” və “MİR” telekanalları ilə canlı izləmək mümkün olacaq.