Ermənistanda müharibə itkiləri ilə bağlı ümummilli matəm başladı

A- A A+

Bu gündən Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir.

Hökumətin mətbuat xidməti daha əvvəl bildirib ki, matəm yürüşü şənbə günü "Respublika" meydanından "Yerablur" xatirə kompleksinə qədər davam edəcək. Yürüşə baş nazir Nikol Paşinyan başçılıq edəcək.

"Yerablura təntənəli matəm yürüşü saat 13:00-da “Respublika” meydanından başlanacaq", - xəbərdə deyilir.

Bundan başqa, müxalifət tərəfdarları da “Azadlıq” meydanından ayrıca təntənəli yürüş keçirmək niyyətindədir. Onlar müharibədəki uğursuzluğa görə Paşinyanı ittiham edirlər.

Müxalifət liderləri həmçinin bildiriblər ki, baş naziri matəm tədbirlərinə buraxmayacaqlar. Bu, müəyyən gərginlik və müxalifətçilərlə və polis əməkdaşları arasında toqquşmalar imkanı yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: