Suren Sarkisyan:"Ermənistanda böhran dərinləşəcək, bank sistemi də çökəcək"

A- A A+

"Ermənistanda iqtisadi böhran getdikcə dərinləşir, bank sistemi çökmək ərəfəsindədir. Yaxın aylarda böhrandan çıxış yolu görünmür". NUHÇIXAN İnformasiya Agentliyinin erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu açıqlamasında beynəlxalq məsələlər üzrə mütəxəssis Suren Sarkisyan deyib.

Sarkisyan ölkəsinin düşdüyü böhranı ayrı-ayrı sahələr üzrə təsnifləşdirərək yazır:

“Bizim böhranlarımız:

1. Daxili siyasi böhran onsuz da mövcuddur. Zaman keçdikcə dərinləşəcək və güclənəcəkdir. "Vətəndaş müharibəsi" ifadəsini işlətməkdən çəkinəcəyəm, amma tariximizdə belə bir nifrət və dözümsüzlük dozasını xatırlamıram. Qarşıdurmalar və intiqam baş verəcək ən az şeydir.

2. Xarici siyasət böhranı bizim üçün yeni bir böhran olacaq. Yeni regional reallıqlar, Türkiyənin regional nüfuzunun güclənməsi, subyektivliyimizin səviyyəsinin azalması, təhlükəsizliyimizin prioriteti və digər amillər nəzərə alınaraq qurulacaqdır.

3. İqtisadi böhran artıq mövcuddur. Mövcud bazanı nəzərə alsaq, yalnız bank sistemi bir az dözür. Ancaq bu da uzun sürməyəcək. Xarici və ya daxili investisiya olmayacaq. Bazar böyüməyəcək və biz heç kimə maraqlı olmayacağıq. İqtisadi itkilərimiz isə fəlakətli həddədir.

4. Əxlaqi və psixoloji böhran izah edilə bilməz dərəcədə dərinləşəcəkdir. Ona müqavimət göstərmək mümkün olmayacaq. Pandemiya və qapalı sərhədlər ermənilərin mühacirətinə mane olacaq, lakin bu həm də zaman məsələsidir. Nə mənəvi, nə də ruhi cəhətdən biz mövcud deyilik. Millət yatmır, gecə, istənilən vaxt Facebook-a girsəniz, hamı onlayndadır və depressiyadadır.

Ekspert çıxış yolunu da göstərib: "Bütün bunların bir həll yolu var. Bacarıqsız rəhbərləri ortadan qaldırılmaq və bütün sahələrə ixtisaslı kadrları cəlb etmək. Əlbəttə ki, Ermənistanın düşmənə təslim edilməsi planlaşdırılmırsa...".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: