Türkiyədə xəstəxanada baş verən yanğın nəticəsində səkkiz nəfər həlak olub

A- A A+

Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasının COVID-19 xəstələrinin müalicə aldığı bölməsində yanğın baş verib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə xəstəxananın reanimasiya şöbəsində yüksək axınlı oksigen cihazının nasazlığı səbəbindən meydana gəlib.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: