Rəcəb Tayyib Ərdoğan: Qarşıdakı dövrdə xarici investisiyalarla bağlı böyük irəliləyişlərin olacağını gözləyirik

A- A A+

Türkiyə beynəlxalq investorlar üçün cəlbedici bir mərkəzə çevrilir. Qarşıdakı dövrdə xarici investisiyalarla bağlı böyük irəliləyişlərin olacağını gözləyirik. Terror təşkilatlarından istifadə, dövlət çevrilişinə cəhd, sanksiyalara qədər hər yollarla ölkəmizin qarşısını kəsməyə çalışdılar. Bizimlə eyni şərtlər altında danışmağa, ağıllı təkliflərlə anlaşmağa çalışan hər kəsə qapımız açıqdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Mərmərə şosesinin dördüncü hissəsinin açılış mərasimində bildirib.

İş, xidmət və layihələr baxımından Türkiyənin hər kəslə rəqabət aparmağa hazır olduğunu deyən Rəcəb Tayyib Ərdoğan heç bir qarşıdurmanın ölkəyə fayda verməyəcəyinə inandığını bildirib. O deyib ki, 2023-cü il xalqın birliyi üçün yeni bir zəfər ili olacaq. “Ümid edirəm ki, xalqımıza verdiyimiz hər vədi yerinə yetirərək 2023-cü ilə alnıaçıq çatacağıq”, - deyə Prezident qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: