İrəvanda etirazçılar çadırlar qururlar

A- A A+

Paşinyanın istefasını tələb edən müxalifətçilər İrəvandakı Respublika Meydanında çadırlar qururlar. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən itaətsizlik mitinqinin iştirakçıları İrəvanın Respublika Meydanında çadırlar qurmağa başlayıblar. Bildirilir ki, etirazçıların burada gecələyəcəyi gözlənilir.

“Hava soyuqdur, çətinliklər çoxdur, amma hamımız birlikdəyik. Bu gün ölkəmizin gələcəyi məsələsi həll olunur, ona görə birlikdəyik və heç yerə getməyəcəyik”,- deyə “Daşnaksütyun” partiyasının Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan çadırların qurulmasına aydınlıq gətirib.

Qeyd edək ki, hazırda hökumətin, Baş Prokurorluğun, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binaları mühasirədə saxlanılır.

İtaətsizlik hərəkətləri Ermənistanda davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: