Paşinyan müxalifətə müzakirə üçün təklif verib

A- A A+

“Gələcəyi görmədən cari məsələləri həll etmək mümkün deyil”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 23-də feysbuk səhifəsində yazıb.

“Hətta mövcud cari məsələlərin həlli baxımından istənilən problemin aradan qaldırılması üçün bir neçə variant var. Əgər sənin gələcəyə baxışın, qurmaq istədiyin gələcək yoxdursa, onda bir sıra hallarda seçim etmək də olmur”, - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, ictimai-siyasi müzakirələr, diskusiyalar məhz bu istiqamətdə aparılmalıdır.

Qeyd edək ki, 20-ə yaxın siyasi təşkilat onun istefasını tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: