Ermənistan MN-in qarşısında etiraz aksiyası: "Azərbaycanın məqsədi Süniki götürməkdir" - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hazırda Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası həyata keçirilir.
Etirazçılardan biri deyib ki, Azərbaycanın məqsədi Süniki götürməkdir.
Etiraz aksiyasının iştirakçıları övladlarının meyitlərini tələb edirlər.
"Zabit 19 uşağın meyitini qoyub və qaçıb", - deyə onlardan biri qeyd edib.
Ölmüş erməni hərbi qulluqçunun atası 18 yaşlı oğlunun geri qaytarılmasını tələb edib: "18 yaşlı oğlumu geri qaytarın".
Ölmüş erməni hərbi qulluqçuların valideynləri cinayət haqqında hesabat təqdim ediblər.
"Oğlum iki ayın xidmətçisi olub, faşistlər əlinə silah vermişdilər, mövqelərə çıxarmışdılar", - deyə onlardan biri bildirib.