Ermənistanda bir qrup hüquqşünas Paşinyanın həbsi ilə bağlı baş prokurora müraciət edib

A- A A+

Ermənistanda bir qrup hüquqşünas ölkənin baş naziri Nikol Paşinyan barəsində cinayət işinin açılması ilə bağlı baş prokurora müraciət ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, müraciəti imzalayanlar N.Paşinyanın dövlətə xəyanət ittihamı ilə həbsini tələb edir.

Müraciət N.Paşinyanın Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası ilə əlaqədar açıqlamaları ilə bağlı edilib. Sənədi 20 hüquqşünas imzalayıb.

Qeyd edək ki, Ermənistanda noyabrın 10-dan etibarən Nikol Paşinyanın istefası ilə əlaqədar etiraz aksiyaları keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: