Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyə hazır olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.
Nikol Paşinyan bildirib ki, yalnız bu addımı xalqın qərarı ilə ata bilər. “Eyni zamanda, xalqın gələcəyə inamının qırılmaması üçün bu ağır zamanda Ermənistanda liderliyimi davam etdirməyə hazıram”, - deyə o əlavə edib.